lider-media.az

Məktəblilərin iştirakı ilə Milli Hidrometeorologiya Xidmətinə ekskursiya təşkil edilib

Baxış: 210 Tarix: 13-03-2025, 17:24

Bakı şəhəri 191 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Milli Hidrometeorologiya Xidmətinə ekskursiya təşkil olunub.Uşaqların ətraf mühit sahəsinə marağını artırmaq məqsədilə keçirilən tədbir çərçivəsində məktəblilər Hidrometeorologiya muzeyi ilə tanış olublar. Muzeydə Xidmətin mütəxəssisləri tərəfindən milli hidrometeorologiya tariximizi əks etdirən foto şəkillər, eksponatlar, ölçü cihazları nümayiş etdirilərək barələrində məlumatlar verilib. Bundan sonra mütəxəssislər tərəfindən Erkən Xəbərdarlıq Sisteminin konsepsiyası izah olunaraq Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin təşkili, hava proqnozunun hazırlanması prosesi izah olunub.İnteraktiv formatda keçirilən tədbirin sonunda gənclərin ətraf mühitin qorunmasında rolu barədə diskussiya aparılıb və hədiyyə olaraq Xidmət adından hər bir məktəbliyə “Hava” sertifikatı təqdim olunub.
1


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi