lider-media.az

Məktəblilər üçün Situasiya Mərkəzinə ekskursiya təşkil olunub

Baxış: 284 Tarix: 30-01-2025, 19:43

 Orta məktəb şagirdlərinin ətraf mühit sahəsinə marağını artırmaq məqsədilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin şagirdləri üçün Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ekskursiya təşkil olunub.
​Tədbir zamanı Xidmətin mütəxəssisləri tərəfindən məktəblilərə Hidrometeorologiya muzeyində yer alan milli hidrometeorologiya tariximizi əks etdirən foto şəkillər, eksponatlar, ölçü cihazları nümayiş etdirilərək barələrində məlumatlar verilib.
Daha sonra Erkən Xəbərdarlıq Sisteminin konsepsiyası barədə qeyd edilərək Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.
Tədbirin sonunda ətraf mühitin mühafizəsində kiçik yaşlıların rolu ilə bağlı şagirdlərlə diskussiya aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi