lider-media.az

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

Baxış: 366 Tarix: 11-03-2025, 14:55

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalının tam yenilənmiş versiyası – e-fhn.gov.az istifadəyə verilib. Yeni portal müasir tələblərə cavab verir və vətəndaşlara daha rahat, sürətli və funksional xidmətlər göstərmək üçün optimallaşdırılıb.

Portalda vahid giriş sistemi – digital.login tətbiq edilib, bu da istifadəçilərə asan identifikasiya olunaraq elektron xidmətlərə müraciət etməyə imkan yaradır. Vətəndaşlar portal vasitəsilə özləri barəsində tərtib olunmuş protokolların statusunu izləyə, müxtəlif xidmətlər üzrə sorğular göndərə və e-xidmətlərdən rahat şəkildə yararlana bilərlər.

Eyni zamanda, portal AsanPay sistemi ilə inteqrasiya olunub ki, bu da ödənişlərin daha operativ və təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaradır.

Qeyd edək ki, istifadəçilərin əvvəlki müraciətlərinə və protokollara dair məlumatlara maneəsiz çıxışını təmin etmək məqsədilə portalın əvvəlki versiyasına keçid imkanı saxlanılıb. Lakin yeni müraciətlər yalnız yenilənmiş portal üzərindən aparıla bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi