lider-media.az

Ceyhun Bayramov Tokayevlə görüşüb

Baxış: 196 Tarix: 11-03-2025, 14:46

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan arasında iri strateji layihələrin, o cümlədən Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin və sualtı elektrik kabelinin çəkilməsinin həyata keçirilməsini müzakirə ediblər.

Tokayev bu görüşün çoxşaxəli dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

"Sizin səfəriniz qardaş Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanla əlaqələr bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz ölkənizi etibarlı strateji tərəfdaş və müttəfiq hesab edirik", - o vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı səmimi qəbula görə minnətdarlığını bildirib və ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.

Ceyhun Bayramov "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciə ilə əlaqədar göstərdiyi operativ köməyə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə həmçinin ticarət, investisiya, rəqəmsallaşma, tranzit və nəqliyyat sahələrində gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi