lider-media.az

9-cu İstanbul Dövlət-Özəl tərəfdaşlığı Həftəsində İqtisadiyyat Nazirliyi mükafata layiq görülüb

Baxış: 294 Tarix: 11-03-2025, 11:25

Türkiyə Respublikası Ticarət Nazirliyinin dəstəyi, Türkiyə Respublikası Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və İstanbul Dövlət-özəl Tərəfdaşlığı Mükəmməllik Mərkəzinin (PPPCOE) təşkilatçılığı ilə 9-cu İstanbul Dövlət-Özəl tərəfdaşlığı Həftəsi keçirilib.

Dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişaf etdirilməsi sahəsində göstərilən səyləri mükafatlandırmaq məqsədilə Türkiyədə artıq 9-cu ildir ki, keçirilən tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu sahədə görülən işlərə görə 37 ölkənin aidiyyəti qurumları arasında qalib olaraq mükafata layiq görülüb.

Qalibin seçilməsi beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib. Münsiflər ötən il ərzində qlobal dövlət-özəl tərəfdaşlığı tədbirlərində fəal iştirak,  ölkələr arasında ikitərəfli görüşlərin təşkili, məqalələrin, tədqiqat sənədlərinin yayımlanması, dövlət-özəl layihələrinin idarə olunması, təlim proqramlarının təşkili kimi meyarları qiymətləndiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi