lider-media.az

Ersin Tatar: “İki dövlətli həll Kiprdə ədalətli və davamlı həllin yeganə variantıdır”

Baxış: 258 Tarix: 10-03-2025, 15:26

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İngiltərənin Kipr türklərinə gözlənilən neytrallığı və yaxınlığı göstərmədiyini bildirib. Ersin Tatar vurğulayıb: "İki dövlətli həll Kiprdə ədalətli və davamlı həllin yeganə variantıdır".

Lider-media.az xəbər verir ki, bu fikirləri Çimali Kipr Prezidenti Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Doughtyni qəbul edəndən sonra keçirdiyi mətbuat konfransında deyib.  

İngiltərənin Kipr məsələsi ilə bağlı mövqeyini tənqid edən Ersin Tatar bu ölkənin son illərdə Cənubi Kiprlə əlaqələrini inkişaf etdirməsinin Kiprdəki bərabərsizliyi daha da dərinləşdirdiyini diqqətə çatdırıb. Prezident Kipr türk tərəfinin Cenevrəyə “konstruktiv şəkildə" gedəcəyini bildirib və rəsmi danışıqların yalnız suveren və beynəlxalq bərabərlik prinsipləri əsasında baş tuta biləcəyini qeyd edib.

 

Səadət Hakıyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi