lider-media.az

DYP-dən növbəti çağırış: Dumanlı havada qəza riski artır!

Baxış: 111 Tarix: 10-03-2025, 10:31

DYP-dən növbəti çağırış: Dumanlı havada qəza riski artır!

Araşdırmalar göstərir ki, görünüş məsafəsinin azalması ilə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalı artır. Xüsusilə dumanlı hava şəraitində sürücülərin təhlükəyə qarşı reaksiya müddəti uzanır və nəticədə ani diqqətsizlik yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər.Bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin sürücülərə növbəti xəbərdarlığında bildirilib:

“Yolda görünüş məsafəsi azaldıqda sürəti azaldın!

Qəfil manevrlərdən çəkinin!

İşıq cihazlarının sazlığını yoxlayın və lazım gəldikdə duman faralarından istifadə edin!

Görünüş dairəsinin məhdud olduğu yol sahələrində əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə etməyin!

Piyadalar isə unutmasın ki, dumanlı havada sürücülərin onları görməsi çətinləşir. Buna görə də yola çıxarkən daha diqqətli və məsuliyyətli olmalıdırlar.

Unutmayın, dumanlı hava şəraitində yolda hərəkət daha çox diqqət və ehtiyat tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara riayət edin və yolda məsuliyyətli olun!”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi