lider-media.az

UNEC kollektivi Beynəlxalq Qadınlar Günündə şəhid analarını ziyarət edib

Baxış: 178 Tarix: 8-03-2025, 19:55

UNEC-dən bildirilib ki, fakültə dekanları, əməkdaşlar və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri Bakı və ətraf ərazilərdən olan şəhid məzunlarımızın analarına baş çəkərək onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. UNEC kollektivi ailə dəyərlərimizin yaşadılmasında, gənc nəslin Vətənə, torpağa məhəbbət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsində Azərbaycan qadınının əvəzsiz rolundan danışıblar. Qəhrəman analarımızın yetişdirdikləri övladların, mərd oğullarımızın rəşadəti sayəsində xalqımızın Zəfər tarixini yazdığını vurğulayıblar.

Bundan başqa, rektor Ədalət Muradov universitetin şəhid olmuş tələbə və məzunlarının analarına təbrik mesajı göndərib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi