lider-media.az

Xınalıqda və Şahdağda qar yağır

Baxış: 346 Tarix: 7-04-2024, 17:20

Şahdağda və Xınalıqda qar yağır -  Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 14:30-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Qusar, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlıda yağış, Şahdağda və Xınalıqda qar yağır

Cənub-şərq küləyi Naftalanda arabir 18 metr/saniyəyədək güclənib.

Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Şəki, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan Muxtar Respublikasında 19, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi