lider-media.az

“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilmişdir

Baxış: 234 Tarix: 7-03-2025, 14:40

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda nəzəri-praktiki təlim keçirilmişdir.

Dövət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, hərbi hissənin şəxsi heyətinin və Fövqəladə Hallar Nazirliyinin yerli əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə əvvəlcə təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə geniş məlumat verilmişdir.

Praktiki hissədə şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən xüsusi xilasetmə alət və avadanlıqlarının köməyi ilə xilas edilərək “zərərçəkmişlərə” təxirəsalınmaz ilkin yardımın göstərilməsi, eyni zamanda qəza zamanı ətrafa yayılan yanğının qısa müddətdə söndürülməsi icra edilmişdir.

Təlimin nəticələri təhlil olunmuş, təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi