lider-media.az

“Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları Forumu”nun Ekspertlər Şurasının iclasında

Baxış: 155 Tarix: 7-03-2025, 10:57

Martın 6-da Milli Məclisin deputatı Nizami Səfərov “Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları Forumu”nun Daimi Komitəsinin üzvü qismində qurumun nəzdində yaradılmış Ekspertlər Şurasının iclasında onlayn formatda iştirak edib.

İclasda neokolonializm təzahürlərinin əsarətdən azad olmuş dövlətlərin sosial-iqtisadi inkişafına neqativ təsirləri və onlarla mübarizə mövzusunda müzakirələr aparılıb.Onlayn iclasda çıxış edən Nizami Səfərov bildirib ki, müasir şəraitdə kolonializm sisteminin süqutundan yarım əsrdən çox vaxt keçsə də, qlobal beynəlxalq gündəmdə iqtisadi bərabərsizlik və post-müstəmləkə dövlətlərinin azad sosial-iqtisadi inkişaf hüquqlarının məhdudlaşdırılması ilə mübarizə problemləri mühüm yeri tutur. Deputat diqqətə çatdırıb ki, bu istiqamətdə dövlətlər yeni çağırışlarla və təhdidlərlə mübarizədə səylərini birləşdirməlidirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi