lider-media.az

Azərbaycan və Gürcüstan XİN rəhbərləri telefonla danışıb

Baxış: 204 Tarix: 6-03-2025, 16:12

azerbaycan-ve-gurcustan-xin-rehberleri-telefonla-danisdi

Xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.

XİN-dən  verilən məlumata görə, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. 

Ölkələr arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi