lider-media.az

Paytaxtda idman gimnastikası üzrə Dünya Kubokuna start veriləcək

Baxış: 134 Tarix: 6-03-2025, 09:58

Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start veriləcək

Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start veriləcək.Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 19 ölkədən gimnastlar medal qazanmaq uğrunda mübarizə aparacaqlar.Yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər.Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.Qeyd edək ki, Dünya Kubokuna martın 9-da yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi