lider-media.az

550 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

Baxış: 19 Tarix: 5-03-2025, 17:20

2025-ci ildə də mikro və kiçik sahibkarlıq subyektlərinin ölkəmizdə və xaricdə təşkil olunacaq ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək davam etdiriləcəkdir.  Sərgi və yarmarkalar barədə sahibkarlar əvvəlcədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytı, sosial media hesabları və KİV vasitəsilə məlumatlandırılacaq. Həmçinin, bu ilin mart ayından başlayaraq Binəqədi rayonunun ərazisində hər həftəsonu “KOB bazar” satış yarmarkası təşkil olunacaqdır.

KOBİA tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2024-cü ildə 550 mikro, kiçik və orta biznes subyekti yararlanıb. Belə ki, 60-a yaxın KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (4-ü yerli və 7-si xarici ölkələrdə olmaqla) ödənişsiz olaraq iştirakı təmin edilib. Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədilə 10 “KOB Fest” sərgi-satış yarmarkası keçirilib. Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan, Zaqatala, Xaçmaz, Göyçay və Zəngilanda təşkil edilmiş yarmarkalarda 471 sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyata keçirib.

Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək mexanizmi çərçivəsində isə onlar üçün ayrılmış 8 satış nöqtəsində 20-dən çox KOB subyektinın məhsullarının satışı həyata keçirilib.

KOB subyektləri satış imkanlarını genişləndirmək məqsədilə dövlətin dəstək mexanizmlərindən faydalanmaq üçün KOBİA-ya müraciət edə bilərlər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi