lider-media.az

"KOB bazar" satış yarmarkası fəaliyyətə başladı

Baxış: 189 Tarix: 5-03-2025, 16:59

Yarmarkada 50-yə yaxın fermer və istehsalçının kənd təsərrüfatı və qida məhsulları satılır. Bugündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bu məqsədlə bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb.

Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, həmçinin istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcəkdir. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.

Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcəkdir.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi