lider-media.az

Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edir - VİDEO

Baxış: 150 Tarix: 5-03-2025, 12:58

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 30 may tarixinədək Heydər  Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə, Heydər  Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi liseylərinə elektron sənəd qəbulu elan edir.
İlk dəfə olaraq, Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. Ölkə üzrə əhatəliliyi özündə əks etdirən bu yenilik əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılıb.
Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.
Tibbi müayinələrin keçirilməsi 01 aprel – 30 iyun, seçimlərin aparılması isə 01 iyul – 31 avqust tarixlərində nəzərdə tutulur.
Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi