lider-media.az

Arzu Əliyeva film təqdimatında

Baxış: 135 Tarix: 5-03-2025, 06:32

arzu-eliyeva-film-teqdimatinda

Martın 4-də Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Böyük Britaniya Krallığına rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə - Böyük Britaniya” sənədli filminin təqdimatı olub.Filmin təqdimatında Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib.

Ekran əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib bildirib ki, tamaşaçıları Ümummilli Lider Heydər Əliyevin səfər etdiyi Böyük Britaniyanın tarixi şəhərləri - London vǝ Edinburqa aparan film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. O qeyd edib ki, filmdə, eyni zamanda, Ulu Öndərin Azərbaycanla Böyük Britaniya arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunur.

Filmin çəkilişləri London və Edinburq şəhərlərində aparılıb. Bu, Ümummilli Lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusundan artıq dördüncü filmdir. Birinci film Ulu Öndərin İtaliya səfərinə, ikinci film Yaponiya səfərinə, üçüncü film Çin səfərinə, dördüncü film isə Böyük Britaniya səfərinə həsr olunub. Layihə çərçivəsində Heydər Əliyevin müxtəlif xarici səfərləri və onların tarixi əhəmiyyəti işıqlandırılır.

“Bir səfərin izi ilə” filmlər toplusu Ulu Öndər Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi