lider-media.az

Serbiyanın iqtisadiyyat naziri ilə görüş keçirilib

Baxış: 240 Tarix: 4-03-2025, 17:20

Serbiya ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın iqtisadiyyat naziri Adriyana Mesaroviç ilə videokonfrans formatında görüşüb.Görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır. 

Tərəflər ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ikitərəfli ticarət, investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi