lider-media.az

Cihangir İşbilir: “Əsas hədəf dünyada həqiqi ədalətin formalaşmasına nail olmaqdır”

Baxış: 152 Tarix: 4-03-2025, 16:34

Bakıda “Daha ədalətli bir dünya mümkündür” mövzusunda tədbir keçirilib

 

Martın 4-də Bakıda  Türkiyə Prezident Administrasiyasının  İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə “Stratcom Public Forum” çərçivəsində tədbir keçirilib.

Lider-media.az xəbər verir ki,  “Daha ədalətli bir dünya mümkündür” mövzusunda təşkil edilən tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir bu gün dünyamızda baş verən geosiyasi qarşıdurmalar və kataklizmlər fonunda ortaya çıxan ədalətsizliklərdən bəhs edib. Müşavir diqqətə çatdırıb ki, dünya nizamında ortaya çıxan ədalətsizliklərin aradan qaldırılması yollarının aranmasının Türkiyə tərəfinin gündəmində əsas yerlərdən birini tutur. Alptekin Cihangir İşbilirin sözlərinə görə, burada əsas hədəf dünyada həqiqi ədalətin formalaşmasına nail olmaqdır.

Sonra Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin  Fəxrəddin Altunun tədbir iştirakçılarına videomüraciəti təqdim edilib.

Videomüraciətində Türkiyənin dünyada ədalət və bütövlük ideyasına tam sadiq olduğunu vurğulayan Türkiyənin PA rəsmisi deyib: “Bu vizyon qlobal miqyasda Türkiyənin beynəlxalq inteqrasiyasını hədəfləyir. Məlumdur ki, BMT-nin əsas missiyası və proseslərə müdaxiləsi son dövrlərdə xeyli zəifləyib. Məhz bu kontekstdə Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri daha ədalətli bir dünyanın mümkünlüyünü vurğulayır”. Diqqətə çatdırılıb ki, bu tədbir daha ədalətli bir dünya naminə inamımızı daha da artırır.

Daha sonra tədbir panel müzakirələr və sual-cavab sessiyası ilə davam edib.


Səadət Hakıyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi