lider-media.az

MDB PA-nın komissiya iclasında

Baxış: 425 Tarix: 4-03-2025, 15:52



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB Parlamentlərarası Assambleyasının İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün martın 5-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək. İclasda MDB iştirakçısı olan dövlətlər üçün model Vergi Məcəlləsinin xüsusi hissələrinin layihələri, həmçinin “Strateji planlaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Lisenziyalaşdırma haqqında” və digər model qanun layihələri üzərində işin gedişi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır. Səfər martın 7-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi