lider-media.az

Səhiyyə işçilərinin iştirakı ilə “Sağlamlığa doğru qaç” marafonu keçiriləcək

Baxış: 429 Tarix: 4-03-2025, 11:19

Səhiyyə işçilərinin iştirakı ilə “Sağlamlığa doğru qaç” marafonu keçiriləcək

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİRK) təşəbbüsü ilə martın 23-də “Sağlamlığa doğru qaç” marafonuna start verilir.
Məqsəd 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan idman tədbiri tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsidir.
Respublikamızın tibb müəssisələrində çalışan həkimlərin, tibb bacılarının və digər peşə sahiblərinin qatılacağı yarışlar ayrı-ayrı vaxtlarda zonalar üzrə Hacıqabul, Ağcabədi, Mingəçevir, Lənkəran, Gəncə, Qusar, Şamaxı, Naxçıvan və Bakı şəhərlərində keçiriləcək.
Hər zona üzrə qaliblər mükafatlandırılacaq və qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi