lider-media.az

Pirallahıda mini-futbol üzrə rayon turniri keçirilib

Baxış: 157 Tarix: 3-03-2025, 16:35

28 fevral 2025-ci il tarixində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü məktəblilər arası mini- futbol üzrə rayon turniri keçirilmişdir. Pirallahı İdman Zalında keçirilən idman yarışında Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Babayev, BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fuad Cahangirov, Pirallahı İdman Zalı MMC-nin direktoru Faiq Salayev və məktəblərin fiziki tərbiyə müəllimləri iştirak etmişdir.
Çıxış edən natiqlər turnirin keçirilməsinin əsas məqsədinin idman kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilindən ibarət olduğunu bildirdilər. Dövlət başçısının müvafiq Sərəncamına əsasən hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün bu təqvimdə qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. İndi ölkəmizin bütün bölgələrində müasir idman qurğuları tikilir, idman mərkəzləri uğurla fəaliyyət göstərir.
Gərgin mübarizə şəraitində keçirilən yarış həyəcanlı və maraqlı  anlarla yadda qalıb.
  
         I Yer - 168 nömrəli tam orta məktəb
         II Yer - 186 nömrəli tam orta məktəb
         III Yer – Y.Əliyev adına 235 nömrəli tam orta məktəb
 
Turnirin sonunda qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi