lider-media.az

MEK tərəfindən AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən təlim başa çatıb

Baxış: 69 Tarix: 3-03-2025, 11:30

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA-nın elmi-tədqiqat institutlarında çalışan kitabxanaçıların peşə bacarıqlarını inkişaf etdirmək, qabaqcıl təcrübəni yaymaq və kitabxana-informasiya sahəsində elmi-innovativ bilikləri tətbiq etmək məqsədilə keçirilən ixtisasartırma təlimləri başa çatıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.Sertifikatları təqdim edən MEK-in direktoru, texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov iştirakçıları təbrik edərək, onların iki həftə ərzində kitabxana işinə dair əldə etdikləri mühüm bilikləri fəaliyyət göstərdikləri kitabxanalarda tətbiq edəcəklərinə və bunun səmərəli tədqiqat mühitinin formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib, iştirakçılara uğurlar arzulayıb.Təlim iştirakçıları yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, MEK-in mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirakçılar iki həftə ərzində elektron kitabxanaların və kataloqların yaradılması, kitabların rəqəmsallaşdırılması, virtual sərgilərin hazırlanması, xarici elektron bazalarda axtarış strategiyaları, biblioqrafik xidmətlərin təşkili və kitabxana işinə dair digər vacib biliklər əldə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi