lider-media.az

Azərbaycan və Gürcüstan Qolf Federasiyaları arasında Memorandum imzalanıb

Baxış: 181 Tarix: 6-04-2024, 11:09

Azərbaycan və Gürcüstan Qolf Federasiyaları arasında əməkdaşlığın və irəliləyişin təşviqinə yönəlmiş anlaşma Memorandumu imzalanıb.

Federasiyadan Lider-Media.az-a verilən məlumata görə, Memorandumu Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Rauf Xəlilov və Gürcüstan Qolf Federasiyanın (GQF) prezidenti Zaza Mikadze imzalayıblar.

Memorandum hər iki ölkədə qolf oynayan icmaların təkmilləşdirilməsi üçün birgə imkanların araşdırılması öhdəliyini möhkəmləndirir. Bu əlamətdar sazişin əsas məqsədi idmanın müxtəlif istiqamətləri üzrə təcrübə və bilik mübadiləsini asanlaşdırmaqla AGF və GQF arasında əlaqələri gücləndirməkdir.

İmzalanma mərasimdə çıxış edən Rauf Xəlilov əməkdaşlığın perspektivləri ilə bağlı danışıb: "Bu Memorandum qolf oynamağın mükəmməlliyini təbliğ etmək və inkişaf etdirməkdə irəliyə doğru atılmış mühüm addımdır. Biz Gürcüstandakı həmkarlarımızla səmərəli tərəfdaşlığı səbirsizliklə gözləyirik”.

Zaza Mikadze nikbinliyini ifadə edib: "Azərbaycan Qolf Federasiyası ilə güclərimizi birləşdirərək, əməkdaşlıq və qarşılıqlı hörmət ruhunu inkişaf etdirərək, regionumuzda qolfun standartlarını yüksəltməyi hədəfləyirik".

Qeyd edək ki, imzalanma mərasimində hər iki federasiyanın prezidentləri ilə yanaşı, vitse-prezidentləri Anar Əzimov ilə Andro Şilakadze, həmçinin baş katibləri Leyla Abbasova və Mişa Dzadzamia da iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi