lider-media.az

Aprel döyüşü şəhidinin anım mərasimi keçirilib - VİDEO

Baxış: 113 Tarix: 2-03-2025, 17:58

Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn kapitan Savalanov Nəcməddin Akif oğlunun anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov çıxış edərək şəhidimizin xidmət yolundan, döyüşlərdə göstərdiyi şəxsi igidliklərindən və hərbçi kimi yüksək peşəkar fəaliyyətlərindən danışıb.
Döyüş yoldaşları, şəhidimizin ailə üzvləri və yaxınları çıxışlar zamanı şəhidimizlə bağlı xatirələrini bölüşüblər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Anım mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib. Sonda şəhid zabitin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib, xatirə fotosu çəkdirilib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi