lider-media.az

Bakı Şəhidlik Məscidində TİKA-nın təşkilatçılığı ilə iftar süfrəsi verilib

Baxış: 56 Tarix: 2-03-2025, 09:51


Səfir: Gəncə və Naxçıvanda da iftar süfrələri veriləcək, bayram sövqatları paylanacaq


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ramazan ayını Azərbaycanın paytaxtı Bakıda yerləşən Şəhidlik Məscidində, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgünün iştirakı ilə təşkil olunan iftar proqramı ilə qarşılayıb.
Lider-media.az xəbər verir ki, TİKA-nın Bakı Proqram Koordinasiya Ofisi hər il olduğu kimi bu il də Ramazan ayında şəhid və qazilərin ailələri başda olmaqla, ucqar bölgələrdə yaşayan aztəminatlı ailələr, yetimlər, fiziki məhdudiyyətli şəxslərin ailələri, köçkünlər və Ahıska türkləri üçün iftar süfrələri və ərzaq paylama proqramları həyata keçirir.


Ramazan ayının ilk günü Bakıda, Şəhidlik Məscidində keçirilən ilk iftar yeməyində Türkiyə səfiri Birol Akgün, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, səfirliyin müşavirləri, şəhid ailələri, qazilər və vətəndaşlar iştirak ediblər.
İftar proqramından sonra açıqlama verən səfir Akgün bildirib: “TİKA 33 ildir Türkiyənin dünyaya açılan pəncərələrindən biri olan bir qurumdur. TİKA-nın qurulduğu ilk üç ofisdən biri də Azərbaycandadır. 1994-cü ildən bu günə qədər TİKA burada 1500-dən çox layihə həyata keçirib. Ramazan ayında isə Bakı başda olmaqla Gəncə və Naxçıvan Muxtar Respublikasında iftar süfrələri və ərzaq bağlamalarının paylanması təşkil ediləcək. Mən səfirliyimiz adından Türk xalqının paylaşmaq duyğusunu qardaş ölkələrə aşıladığı, inkişaf etdirdiyi və yaydığı bu anlayışı bura gətirdiklərinə görə TİKA-ya təşəkkür edirəm”, — deyə qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi