lider-media.az

Tərtərdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib

Baxış: 112 Tarix: 1-03-2025, 20:00



Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşları, İnzibati ərazi dairəsi üzrə nümayəndələr, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən Mülkü müdafiə qərərgahlarının rəisləri iştirak ediblər.

Əvvəlcə rayon fövqəladə hallar komisiyasının sədri Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov “Ümumdünya Mülki Müdafiə Günü” və “Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır”  mövzularında məruzə ilə çıxış edib. Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranmasından, mülki müdafiənin məqsədi və bu istiqamətdə həyata  keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən  söz açıb.  Bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Azərbaycan 1993-cü ildən bu beynəlxalq təşkilatın üzvüdür. 1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Günündə hər il konkret bir mövzuya dair müxtəlif tədbirlər təşkil edilir. Bu ilki tədbirlər “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusuna həsr edilmişdir.

Digər çıxış edənlər tədbirin əhamiyyətindən danışıb, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi