lider-media.az

İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib

Baxış: 165 Tarix: 1-03-2025, 11:36

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğuladı.

Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunuldu, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünya səviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olundu.

Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirildi, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi