lider-media.az

“Crocus City Hall”da baş vermiş terrorda təqsirləndirilən on birinci şəxs həbs edilib

Baxış: 359 Tarix: 5-04-2024, 21:29

Moskvanın Basman məhkəməsi “Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən on birinci şəxsi, Tacikistan vətəndaşı Məhəmməd Şaripzodanı həbs edib.

Lider-Media.az xəbər verir ki, bu barədə Rusiyanın "TASS" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, məhkəmə onun barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi