lider-media.az

Ermənistanın mina terroru məzar yerlərində axtarış, qazıntı və ekshumasiya işlərinin aparılmasına mane olur

Baxış: 170 Tarix: 4-04-2024, 15:46

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən ANAMA ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.

Lider-Media.az bu barədə Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən xəbər verir.

Vurğulanıb ki, Ermənistan tərəfindən işğal və hətta postmünaqişə dövründə ərazilərin minalanması, mina-tələlərin quraşdırılması, o cümlədən partlamamış sursatlarla həddən artıq çirkləndirilməsi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış, qazıntı və ekshumasiya işlərinin aparılmasına da ciddi maneə yaradır.

“Bir çox hallarda Dövlət Komissiyasına məlum olan itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində mütəxəssis heyətinin işləməsi üçün ərazilərin minalardan təmizlənməsinə uzun müddət vaxt tələb olunur. Otuz ildən artıq itkin düşmüş doğmalarının yolunu gözləyən vətəndaşlarımızın iztirablarının artmasına və ümidlərinin azalmasına səbəb olan bu hal Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyinin bariz nümunəsidir.

Dövlət Komissiyası Ermənistanın mülki əhalinin ölümünə və yaralanmasına səbəb olan və itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinin aydınlaşdırılmasına mane olan mina terrorunu qətiyyətlə pisləyir”, - Dövlət Komissiyasının açıqlamasında bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi