lider-media.az

NİİM: Qarla bağlı yollarda ciddi problemlər yaranmayıb

Baxış: 250 Tarix: 27-02-2025, 10:48

Qarlı hava şəraiti paytaxt yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaratmayıb.Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, NİİM-in müşahidə kamerlarının təsir zonasında yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması müşahidə edilməyib. "Gecə saatlarında Zığ dairəsi- Hava limanı yolunda, Heydər Əliyev prospektində, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda buzlaşma olduğundan sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə sürət həddi endirilib, müvafiq olaraq bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Bununla yanaşı, təhlükəsizliyi təmin etmək, baş verə biləcək qəzaların, texniki nasaz avtomobillərin yolda qalması səbəbindən yaranan nəqliyyat sıxlığını vaxtında aradan qaldırmaq üçün yol polisinə mütəmadi məlumatlar ötürülür".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi