lider-media.az

Şəhidimizin doğum günüdür

Baxış: 94 Tarix: 27-02-2025, 10:40

Vətən yolunda canından keçənlər ölmürlər,  əbədi olaraq ürəklərdə,  yaddaşlarda yaşayırlar. Onların hər biri qəhrəmanlıq, rəşadət, mərdlik nümunəsidirlər. Şəhid olanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Bu gün haqqında söz açacağımız qəhramanımız Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vacib Zabit oğlu Məmmədov 2001-ci il fevralın 27-də Şəmkir rayonunun Morul kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Vacib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vacib Məmmədov sentyabrın 30-da Talış döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vacib Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Vətən uğrunda canından, qanından keçən  Nəcməddinin ailəsi üçün ən böyük təsəlli odur ki, artıq heç bir şəhidin qanı yerdə qalmayıb. İşğal olunan torpaqlarımız geri alınıb və o torpaqlarda yeni həyat başlayıb. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi