lider-media.az

“Memar Əcəmi” stansiyasının keçidində təmir işləri aparılır

Baxış: 498 Tarix: 27-02-2025, 09:22

“Memar Əcəmi” stansiyasının keçidində təmir işləri aparılır

Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsinə başlanılıb.
Sərnişinlərin və keçiddən istifadə edənlərin rahatlığı nəzərə alınaraq, eyni istiqamətdə yerləşən pilləkən zonaları mərhələli təmir olunacaq. Hərəkət təhlükəsizliyi tələblərinə uyğun olaraq, çıxışın pilləkən qəfəslərindən birində işlər tamamlandıqdan sonra digərində təmirə başlanılacaq.
Yerüstü sahədə - keçidin texniki zonasında park edilən avtomobillərin yarada biləcəyi təhlükələrə qarşı mühafizə tədbirləri görüləcək.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi