lider-media.az

“Təmiz Şəhər” ASC-də qanvermə aksiyası təşkil olunub

Baxış: 266 Tarix: 26-02-2025, 18:51


“Təmiz Şəhər” ASC-nin əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinə dəstək məqsədilə qanvermə aksiyasına qoşulublar.

ASC-dən verilən məlumatda bildirilib ki, Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələrinin iştirakı ilə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda təşkil edilən aksiyada toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC hər il “Talassemiyasız həyat naminə” layihəsinə qoşularaq qan xəstəliklərindən əziyyət çəkən insanların qanla təmin olunmasına dəstək göstərir. Cəmiyyət qanvermə aksiyalarında fəallığına görə Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi