Müraciətlərdə deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək onu bir gecədə yerlə-yeksan etdilər. Etnik mənsubiyyətlərinə görə 613 mülki şəxs, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan qəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qurbanlara misilsiz qəddarlıqla yanaşılıb. Xocalının daha 1,275 sakini girov götürülüb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də naməlumdur.
Bu soyqırım aktının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi olsa da, birbaşa icraçıları Ermənistanın silahlı qüvvələrinin üzvləri, erməni terrorçu qruplaşmaları və Xankəndidə yerləşən keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri olublar.
Müraciətlərdə qeyd olunur ki, Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu gün azad edilmiş bütün ərazilərdə, o cümlədən Xocalıda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Digər bölgələrin sakinləri kimi, doğma torpaqlarına qayıtmağa başlayan Xocalı əhalisi də öz evlərində sülh və təhlükəsizlik şəraitində yaşayacaqdır.
Lakin Xocalı soyqırımı qurbanları hələ də ədalətin bərpasını gözləyir. Təəssüf ki, Ermənistan bu qətliamın və digər çoxsaylı müharibə cinayətlərinin icraçılarını ədalət qarşısına çıxarmaqdan imtina edir. Ermənistanın bu fəaliyyətsizliyi və törətdiyi qanun pozuntularına görə heç bir tədbir görməməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, cəzasızlığı möhkəmləndirir və regionda çoxdan gözlənilən sülh və sabitliyə ciddi təhdid yaradır.
Müraciətlərdə vurğulanır ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayətdir. Sivil dünyanın bu soyqırımı qətiyyətlə pisləməsi gələcəkdə belə cinayətlərin törədilməsinin qarşısını almağa kömək edə bilər.


Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?