lider-media.az

FHN Mətbuat xidmətinin məlumatı (video)

Baxış: 265 Tarix: 25-02-2025, 09:45

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 3500kv.m olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 300kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 80 kv.m olan digər üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 40kv.m. sahədə yanıb.

Binanın böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi