lider-media.az

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyəyə səfər edib

Baxış: 74 Tarix: 22-02-2025, 09:27

image

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə Ankara şəhərinə səfər edib.

YAP nümayəndə heyəti fevralın 23-də AK Partinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək VIII Böyük Qurultayında iştirak edəcək.

Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub. Nümayəndə heyətinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi