lider-media.az

Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar

Baxış: 118 Tarix: 21-02-2025, 16:37

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin Aviasiya Təmir Zavoduna tanışlıq səfəri təşkil edilib.
Səfərdə 17 ölkəni təmsil edən 22 hərbi attaşe iştirak edib. Qonaqlara əvvəlcə Aviasiya Təmir Zavodunun yaranma tarixi, inkişaf mərhələləri və hazırkı fəaliyyəti barədə ətraflı brifinq təqdim olunub. Bildirilib ki, zavodda hərbi aviasiya texnikasının texniki baxışı, təmiri və modernizasiyası həyata keçirilir. Həmçinin burada uzun illərin təcrübəsinə malik peşəkar mühəndislər, texniki işçilər və hərbi aviasiya sahəsində ixtisaslaşmış mütəxəssislər fəaliyyət göstərir.
Brifinqdən sonra hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.
Sonra nümayəndə heyəti zavodun istehsalat bölmələrini gəzərək təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər. Qonaqlar zavodda görülən işləri birbaşa müşahidə etməkdən məmnun olduqlarını bildirərək, burada tətbiq olunan texnologiyaları və mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndiriblər.
İştirakçılar bu cür tədbirlərin beynəlxalq hərbi əməkdaşlığın möhkəmləndirilməsində və təcrübə mübadiləsində əhəmiyyətli rolundan danışaraq səfərin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi