lider-media.az

Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Baxış: 163 Tarix: 20-02-2025, 19:52

İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə keçirilən görüşdə birgə layihələrin perspektivləri və iqtisadi tərəfdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib.İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri Hulusi Akar, Mehmet Muş, Feyzi Berdibek və Kayseri Böyükşəhər bələdiyyəsinin sədri Memduh Büyükkılıçla görüşüb.

Görüşdə dövlət başçılarının birgə səyləri ilə qardaş və dost ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdiyi və müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu, enerji əməkdaşlığı və birgə reallaşdırılan layihələrin hər iki ölkənin iqtisadiyyatına, eləcə də regional inkişafa əhəmiyyətli töhfələr verdiyi qeyd edilib. Türk şirkətlərinin ölkəmizdə müxtəlif sahələr üzrə aktiv fəaliyyət göstərdiyi, işğaldan azad olunmuş ərazilərimizdə bir sıra infrastruktur layihələrində iştirakı diqqətə çatdırılıb.

Tərəflər işbirliyinin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildiriblər. Birgə layihələrin perspektivləri və iqtisadi tərəfdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi