lider-media.az

İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Baxış: 143 Tarix: 20-02-2025, 19:50

İsrailin Maliyyə Nazirliyində nazir Zeyev Elkinlə görüşdə iqtisadi münasibətlərin perspektivləri, Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə edilib.İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan-İsrail Birgə Hökumətlərarası Komissiyasının həmsədri Zeyev Elkin ilə görüşüb.

Videokonfrans formatında keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. İsraillə həyata keçirilən investisiya layihələrinin hazırkı vəziyyəti, eləcə də müzakirə mərhələsində olan layihələr barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ticarət, investisiya, innovasiyalar, rəqəmsal inkişaf, ətraf mühit  və digər sahələr üzrə tərəfdaşlığın genişləndiilməsi, birgə layihələrin həyata keçirilməsi üçün münbit zəmin var.

Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin perspektivləri, həmçinin Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi haqqında müzakirələr aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi