Ümumdünya İnformasiya İdarəetmə Günü
Hər il fevral ayının üçüncü cümə axşamı qeyd olunan Ümumdünya İnformasiya İdarəetmə Günü 1992-ci ildə Beynəlxalq İnformasiya Forumunun qərarı ilə təsis edilmiş daha bir bayram – hər il noyabrın 26-da qeyd olunan Ümumdünya İnformasiya Günü ilə sıx bağlıdır. Beləliklə, noyabr bayramı məhz informasiyaya həsr olunub və onun müasir dünyada əhəmiyyətini vurğulamaq, yaşadığımız dövrün “informasiya əsri” adlandırıldığını xatırlatmaq məqsədi daşıyır. Ümumdünya İnformasiya İdarəetmə Gününün əsas məqsədi ictimaiyyəti informasiya idarəçiliyi haqqında məlumatlandırmaqdır.Ən çox “informasiyanın idarə edilməsi” kimi tərcümə olunan informasiya idarəçiliyi termini korporativ məlumatların yaradılması, yayılması, mühafizəsi, istifadəsi və silinməsi sahəsində arzuolunan davranışın inkişafını nəzərdə tutur.Ümumdünya İnformasiya İdarəetmə Gününü qeyd etmək təşəbbüsü bazar analitikləri və marketoloqlar Qart Landers, Tamir Siqal və Barklay T. Bleyrə məxsusdur. 2010-cu ildə “informasiyanın idarə edilməsi” adlı yeni sənaye termini təşkilatlara öz fəaliyyətini yaxşılaşdırmaq və korporativ riskləri müəyyənləşdirmək, təhlil etmək və onlara cavab vermək üzrə köməklik məqsədilə bir yol təsvir etmək üçün ortaya çıxıb. Onun dövriyyəyə buraxılmasının təşəbbüskarı İsveçrənin RSD şirkətinin baş marketinq meneceri Tamir Siqal olub.
İnformasiya idarəçiliyi təşkilatın müxtəlif şəxslər, şöbələr və maraqlı tərəflər arasında məlumatı idarə etmək və ötürmək üçün qəbul etdiyi prosedurları və təlimatları əhatə edir, həmçinin onun istehsal etdiyi məlumat üzərində nəzarət səviyyəsinə diqqət yetirir.
Bundan əlavə, məlumat menecmenti təşkilatın məlumatı müxtəlif alıcılar ilə necə paylaşması və onlara çatdırması ilə də məşğul olur. Buraya rəqəmsal və ya fiziki məlumat kimi format və kompüterlər, serverlər, veb-saytlar, sosial media, mobil cihazlar və proqramlar da daxil olmaqla media aid olunur.
İnformasiyanın idarə edilməsi yeniliklərin işlənməsi, təhlili ilə məlumatların yaradılması və toplanması ilə başlayır, daha yeni məlumatlar mövcud olduqda saxlanılır, paylaşılır və arxivləşdirilir.