lider-media.az

“Yol Polisimlə bir gün” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Baxış: 155 Tarix: 19-02-2025, 11:01

 Baş Dövlət Yol Polisi İdarəsinin uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədi ilə həyata keçirdiyi "Yol Polisimlə bir gün" layihəsi çərçivəsində məktəblilər bu dəfə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) qonaq olub. Tədbir zamanı şagirdlərə nəqliyyatın intellektual idarə edilməsi sistemi, yol hərəkətinin tənzimlənməsi və müasir texnologiyaların tətbiqi haqqında ətraflı məlumat verilib. Məktəblilər real vaxt rejimində yollardakı vəziyyətin necə izlənildiyini, tıxacların idarə olunmasını və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan innovativ həlləri maraqla izləyiblər. Bununla yanaşı, yol hərəkəti qaydalarının əhəmiyyəti, piyada və sürücülərin məsuliyyəti, eləcə də təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Şagirdlər, həmçinin polis və nəqliyyat mütəxəssisləri ilə interaktiv söhbətlər apararaq onları maraqlandıran suallara cavab alıblar. Bu cür maarifləndirici tədbirlər məktəblilərdə yol hərəkəti mədəniyyətini formalaşdırmaq, onların təhlükəsizlik qaydalarına əməl etməyə təşviq etmək və hüquq-mühafizə orqanlarına inam hissini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi