lider-media.az

Birbank-da sərfəli depozit kampaniyası davam edir

Baxış: 400 Tarix: 18-02-2025, 19:45

Birbank-dan sərfəli depozit kampaniyası davam edir. Belə ki, 28 fevral 2025-ci il tarixinədək Birbank-da manat valyutasında depozit yerləşdirən hər kəs 6 aylıq müddətə illik 11%-dək gəlir əldə edir.

Bunun üçün ən yaxın Birbank filialına yaxınlaşmaq və ya Birbank mobil tətbiqində Rəqəmsal depozit yerləşdirmək kifayətdir. Filialda yerləşdirilən depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.Ətraflı məlumat üçün: https://b-b.az/dpli

Rəqəmsal depozitdə isə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1 manat olamqla istənilən məbləği depozit olaraq yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Tamamilə onlayn həyata keçirilən Rəqəmsal depozitdən istifadə etmək üçün Birbank mobil tətbiqində “Daha çox” bölməsindən “Depozitlər”i seçməli və “Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir.

Ətraflı məlumat üçün: https://kbl.az/prddDaim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi