lider-media.az

Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüş keçirilib

Baxış: 80 Tarix: 18-02-2025, 19:41

Asiya İnkişaf Bankının Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru ilə görüşdə əməkdaşlığın gündəliyində olan məsələlər haqqında müzakirə aparılıb.İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.

Görüşdə AİB ilə münasibətlərin inkişaf etdiyi vurğulanıb. Ortamüddətli dövrdə ölkəmizdə sosial-iqtisadi inkişaf, investisiyaların təşviqi üzrə prioritetlər, Bankın Ölkə Tərəfdaşlıq Strategiyasının əhatə edəcəyi istiqamətlər barədə məlumat verilib.

Tərəflər işbirliyinin gündəliyində olan məsələlər haqqında fikir mübadiləsi aparıblar. Ölkəmizdə iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək, özəl sektorun, insan kapitalının, sənaye zonalarının inkişafı, rəqəmsallaşma və s. məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi