lider-media.az

Əli Əsədov Tehranda Pezeşkianla görüşüb

Baxış: 507 Tarix: 18-02-2025, 17:13

Əli Əsədov Tehranda Pezeşkianla görüşüb

Bu gün Baş nazir Əli Əsədov Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Məsud Pezeşkiana çatdırıb.

Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib.3-cü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb.

Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi