lider-media.az

Bakıda "Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında" mövzusunda tədbir keçiriləcək

Baxış: 929 Tarix: 18-02-2025, 09:52

Fevralın 19-da Bakıda "Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında" mövzusunda elmi-praktiki seminar keçiriləcək. 

Lider-media.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil ediləcək.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək seminarın əsas məqsədi Qərbi Azərbaycanda folklor yaradıcılığı, musiqi və ifaçılıq sənəti, mətbəximiz və bu kimi milli dəyərləri özündə əks etdirən mövzuların işıqlandırılması və gənc nəslə ötürülməsidir. 

Elmi seminarda mövzu ətrafında mütəxəssislərin çıxışı və musiqi proqramı nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi