lider-media.az

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib

Baxış: 160 Tarix: 16-02-2025, 18:27

Fevralın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Sarayında bu ölkənin Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən təşkil edilmiş mərasimdə iki ölkə arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya Prezidentlərinin rəhbərliyi ilə ölkələr arasında strateji tərəfdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Strateji tərəfdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların, mövcud dostluq münasibətlərinin, habelə bütün platformalar çərçivəsində göstərilən qeyd-şərtsiz dəstəyin əhəmiyyəti qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi