lider-media.az

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib

Baxış: 138 Tarix: 15-02-2025, 20:14

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib

Xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilib ki, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksəksəviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıblar.

Nazirlər Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrində inkişaf etdirilməsi üçün imkanların mövcudluğuna toxunublar.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgəmizdə vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfə məlumat verib.

Görüşdə tərəflər, həmçinin iki ölkə arasında qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi