lider-media.az

İbrahim Kalın: Regionda İŞİD və PKK kimi terror təşkilatlarının mövcudluğuna icazə verilməməlidir

Baxış: 162 Tarix: 15-02-2025, 20:20

Türkiyə kəşfiyyatının başçısı İbrahim Kalın: “Regionda İŞİD və PKK kimi terror təşkilatlarının mövcudluğuna icazə verilməməlidir”

Lider-media.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Almaniyada Münxen Təhlükəsizlik Konfransında Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyinə toxunaraq çıxışında deyib.

O bildirib ki, belə bir vəziyyətdə Türkiyə kəşfiyyatı işini sürətlə davam etdirir: “Terrorla mübarizə, qanunsuz miqrasiya, kibertəhlükəsizlik kimi sahələrdə də işlərimizi davam etdiririk”.

İ. Kalın qeyd edib ki, həm Yaxın Şərqdə baş verən hadisələr, həm də Rusiya – Ukrayna müharibəsi Türkiyəyə birbaşa təsir edir: “Dünya iqtisadiyyatının nizama düşməsi üçün sülh vacibdir. Bu mənada Rusiya – Ukrayna savaşına danışıqlar yolu ilə son qoyulmalıdır”.

.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi