lider-media.az

Fevralın 15-i saat 10:00-a olan faktiki hava

Baxış: 233 Tarix: 15-02-2025, 10:32

Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.
Dağlıq rayonlara qar yağıb. Yağan qarın hündürlüyü Lerikdə 24, Qrızda 16, Şahdağda 10, Şahbuzda 8, Qobustan, Şuşada 7, Kəlbəcər, Sədərək, Laçın, Daşkəsəndə 5, Xankəndi, Şərur, Gədəbəydə 3, Göygöl, Qusarda 2, Xocalı, Şəki, Zaqatala, Şamaxı, Naxçıvanda 1 sm olub.
Bəzi yerlərdə yağış yağıb. Belə ki, düşən yağıntının miqdarı Neftçalada 12, Kürdəmirdə 7, Ağsuda 6, İmişli, Sabirabadda 5, İsmayıllı, Zərdabda 4, Göyçay, Beyləqan, Biləsuvar, Lənkəranda 2, Culfa, Ordubad, Balakən, Yardımlı, Astarada 1, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.
 Sumqayıt, Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Bərdə, Yevlax, Hacıqabul, Göyçay, Beyləqan, Neftçala, Sabirabad, Goranboy, Ağdam, Qəbələ, Şəki, Zaqatala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 11, yüksək dağlıq rayonlarda isə 18 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi